Bu gün futbol üzrə UEFA Super Kubokunun qalibi məlum olub. Arena.az xəbər verir ki, həlledici matçda İngiltərənin “Çelsi” və İspaniyanın “Vilyarreal” komandaları üz-üzə gəlib.
Şimali İrlandiyanın paytaxtı Belfastda keçirilən qarşılaşmanı rusiyalı referi Sergey Karasyov idarə edib.
Matçda hesabı ilk hissədə “Çelsi” açıb. Lakin ikinci hissədə ispanlar bərabərlik qolunu vurmağı bacarıblar. Əlavə vaxtda da başqa qol vurulmadığından, qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Çelsi” növbəti tituluna yiyələnib.
Xatırladaq ki, “Çelsi” ötən mövsüm Çempionlar Liqasının, “Vilyarreal” isə Avropa Liqasının qalibi olub.
UEFA Super Kuboku
11 avqust
Çelsi (İngiltərə) – Vilyarreal (İspaniya) 1:1 (penaltilər 6:5)
Qollar: H.Ziyeş, 27 – J.Moreno, 73.
Baş hakim: Sergey Karasyov (Rusiya).
Belfast. “Vindzor Park” stadionu.
Çelsi: 16. Eduard Mendi, 2. Antonio Rudiger, 3. Markos Alonso, 7. Nqolo Kante (k), 11. Timo Verner, 14. Trevo Çaloba, 15. Kurt Zuma, 17. Mateo Kovaçiç, 20. Kallum Hadson-Odoi, 22. Hakim Ziyeş, 29. Kay Haverts.
Ehtiyat oyunçular: 1. Kepa Arrisabalaqa, 4. Andreas Kristensen, 5. Jorjinyo, 6. Tyaqo Silva, 9. Temmi Abraham, 10. Kristian Pulişiç, 12. Ruben Loftus-Çik, 19. Meyson Maunt, 21. Ben Çiluell, 24. Ris Ceyms, 28. Sesar Aspilikueta, 33. Emerson.
Baş məşqçi: Tomas Tuxel.
Vilyarreal: 1. Serxio Asenso, 3. Raul Albiol (k), 4. Pau Torres, 7. Jerar Moreno, 8. Xuan Foyt, 14. Manu Triqeros, 16. Bulaye Dia, 18. Alberto Moreno, 21. Yeremi Pino, 24. Alfonso Pedrasa, 25. Etyen Kapue.
Ehtiyat oyunçular: 13. Jeronimo Rulyi, 2. Mario Qaspar, 6. Manu Morlanes, 9. Pako Alkaser, 10. Visente İborra, 12. Pervis Estupinan, 15. Xorxe Kuenka Barreno, 17. Daniel Raba, 20. Ruben Pena, 22. Aissa Mandi, 23. Moi Qomes, 34. Fernando Nino.
Baş məşqçi: Unai Emeri.


