Türkiyənin “Kayserispor” klubu baş məşqçisi Yalçın Koşukavak ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İstefaya komandanın Super Liqanın ilk turunda səfərdə “Altay”a 0:3 hesabı ilə uduzması səbəb göstərilir. Matçdan sonra komanda ilə vidalaşan Koşukavak, vəzifəsindən istefa verib.
Qeyd edək ki, Yalçın Koşukavak Super Liqanın ötən mövsümünün 38-ci turundan etibarən “Kayserispor”u çalışdırırdı. Komanda onun rəhbərliyi altında cəmi 6 matça çıxıb. Bu oyunlarda 1 qələbə qazanan Kayseri təmsilçisi, 3 heç-heçəyə razılaşıb, 2 məğlubiyyətə üzülüb.
Super Liqada bu mövsümün ilk turundan sonra “Kasımpaşa”nın baş məşqçisi Şenol Can da istefaya göndərilmişdi.


