“Qalatasaray” yeni mövsümə qələbə ilə başladı

Futbol üzrə Türkiyə Super Liqasında 2021/22 mövsümünün ilk turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç görüş baş tutub.

“Qalatasaray” yeni mövsümə “Giresunspor” səfəri ilə start verib. İstanbul təmsilçisi bu oyunda inamlı qələbə qazanıb.

“Trabzonspor” ilk turda “Yeni Malatyaspor”la üz-üzə gəlib. Trabzon təmsilçisi səfərdə darmadağına sevinib.

“Sivasspor” isə doğma meydanda “Konyaspor”a minimal hesabla uduzub.

Türkiyə Super Liqası
1-ci tur
13 avqust

Beşiktaş – Rizəspor 3:0
Qol: Nkudu, 9. Hatçinson, 52. Larin, 90+3.

14 avqust

Fatih Karagümrük – Qaziantep 3:2
Qol: Djilobodji, 10-öz qapısına. Peşiç, 19. A.Musa, 90 – A.Sağal, 17-pen. Djilobodji, 90+4.

Altay – Kayserispor 3:0
Qol: Bamba, 8; 45+1. Tasiano, 86.

Hatayspor – Kasımpaşa 1:1
Qol: Lobjanidze, 73 – Eysserik, 18.

15 avqust

Başakşəhər – Alanyaspor 0:1
Qol: Borxa, 12.

Antalyaspor – Göztəpə 1:1
Qol: Fredi, 32-pen – Arslanagiç, 90+2.

Adana Dəmirspor – Fənərbaxça 0:1
Qol: M.Özil, 46.

16 avqust

Yeni Malatyaspor – Trabzonspor 1:5
Qol: A.Büyük, 32 – Bakasetas, 3. Nvakaeme, 11. Jervinyo, 29. Hamşik, 42. Djanini, 66.

Sivasspor – Konyaspor 0:1
Qol: Çikalleşi, 88.

Giresunspor – Qalatasaray 0:2
Qol: Mbaye, 31. Çikaldau, 45+2.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: