Afrika Millətlər Kubokunda qrup mərhələsinin püşkü atıldı

Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinin püşkü atılıb. Arena.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Patrik Andradenin çıxış etdiyi Kabo-Verde millisi A qrupunda Kamerun, Burkino Faso və Efiopiya yığmaları ilə mübarizə aparacaq.

“Neftçi”nin futbolçusu Sabir Buqrinin dəvət aldığı Mərakeş yığması C qrupunda Qana, Komor adaları və Qabonla yarışacaq.

Afrika Millətlər Kubokunda qrup mərhələsinin oyunları 2022-ci ildə, 9 yanvar – 6 fevral aralığında keçiriləcək. Halbuki, turnir bu il, iyunun 25-də başlamalı idi. Lakin koronavirusa görə qitə birinciliyi gələn ilə təxirə salınıb.

Afrika Millətlər Kuboku
Qrup mərhələsi

A qrupu: Kamerun, Burkino Faso, Efiopiya, Kabo-Verde

B qrupu: Seneqal, Zimbabve, Qvineya, Malavi

C qrupu: Mərakeş, Qana, Komor adaları, Qabon

D qrupu: Nigeriya, Misir, Sudan, Qvineya-Bisau

E qrupu: Əlcəzair, Syerra-Leone, Ekvatorial Qvineya, Fil Dişi Sahili

F qrupu: Tunis, Mali, Mavritaniya, Qambiya

Xəbəri sosial şəbəkələrdə paylaş: