“Fənərbaxça” inamlı qələbəyə sevindi

Futbol üzrə Türkiyə Super Liqasında 2-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bazar günü daha üç qarşılaşma baş tutub.

“Fənərbaxça” doğma meydanda “Antalyaspor” üzərində inamlı qələbəyə sevinib. İstanbulun digər təmsilçisi “Başakşəhər” isə “Konyaspor”la səfər qarşılaşmasından məğlubiyyətlə ayrılıb. “Göztəpə” də evdə “Yeni Malatyaspor”a minimal hesabla uduzub.

Türkiyə Super Liqası
2-ci tur
20 avqust

Kayserispor – Adana Dəmirspor 1:1
Qol: G.Sazdağı, 17 – Akintola, 63.

21 avqust

Kasımpaşa – Giresunspor 2:0
Qol: Yorgensen, 14. U.Bozok, 90+2.

Rizəspor – Fatih Karagümrük 0:0

Qaziantep – Beşiktaş 0:0

Alanyaspor – Altay 1:4
Qol: Dyedyu, 67 – Tiam, 27. M.Rodriqes, 32. Pinares, 49. Rayan, 85.

22 avqust

Konyaspor – Başakşəhər 2:1
Qol: E.Çekici, 51. Çikalleşi, 87 – Ndayişimiye, 45+1.

Fənərbaxça – Antalyaspor 2:0
Qol: Zayç, 89. Valensiya, 90+2.

Göztəpə – Yeni Malatyaspor 0:1
Qol: Tetteh, 56.

23 avqust

20:15. Trabzonspor – Sivasspor
22:45. Qalatasaray – Hatayspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: