Futbol üzrə Türkiyə 1-ci liqasında 2-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Namiq Ələsgərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Ərzurumspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Namiq bu görüşün iştirakçısı olmayıb. O, qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib. Buna onun “Neftçi”dən problemli ayrılması və bu üzdən hələ də sifariş olunmaması səbəb olub.
Bu komandanın digər yeni transferi, Azərbaycan yığmasının sabiq üzvü Ufuk Budak isə görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
“Bursaspor” 2 turdan sonra 1 xalla 19 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.


