Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəni yekunlaşdıran “Araz” (Naxçıvan) komandası əsas mərhələyə vəsiqə qazanıb.
Arena.az xəbər verir ki, təmsilçimiz ən yaxşı ikinci yerin sahibi kimi mübarizəni davam etdirəcək. Ölkə çempionunun bu mərhələdəki rəqibləri avqustun 30-da müəyyənləşəcək.
Qeyd edək ki, “Araz” Çempionlar Liqasının ilkin mərhələsində Cəbəllütariqin “Europa” klubunu 9:2, Latviyanın “Raba” komandasını 8:4 hesabı ilə üstələyib. Finlandiyanın “Kampuksen Dinamo” kollektivi ilə qarşılaşma isə heç-heçə bitib – 4:4. Nəticədə, “Kampuksen Dinamo” daha yaxşı top fərqinə görə, qrup lideri olub. Azərbaycan çempionu isə ikinci yerlə kifayətlənib.


