David Luis “Flamenqo”da

Futbol üzrə Braziliya millisinin sabiq müdafiəçisi David Luis özünə yeni klub tapıb. Arena.az xəbər verir ki, braziliyalı 34 yaşlı futbolçu bundan sonrakı karyerasını öz ölkəsində davam etdirəcək.

Təcrübəli futbolçu “Flamenqo” ilə anlaşıb. Bu yay İngiltərənin “Arsenal” klubundan ayrılan müdafiəçi yeni klubuna azad agent kimi keçib. O, 2022-ci ilin sonunadək Braziliya təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, David Luis ötən mövsüm London təmsilçisinin heyətində 30 oyuna çıxıb və 2 qol vurub. 2007-ci ildən Braziliyanı tərk edən oyunçu, həmin dövrdən bəri “Benfika”, “Çelsi”, PSJ və “Arsenal” kimi klubların uğurları üçün çalışıb. Müdafiəçi vaxtilə ölkəsində “Vitoriya” komandasında da forma geyinib. Braziliya yığmasında 57 oyun keçirmiş futbolçu, 3 qol da vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: