Futbol üzrə Türkiyə 1-ci liqasında 6-cı turun oyunları keçirilir. Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Namiq Ələsgərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Tuzlaspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Namiq də bu görüşün iştirakçısı olub. O, ilk dəfə komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü əvvəlki oyunlarda yalnız sonradan meydana buraxılırdı. Ələsgərov bu görüşün ikinci hissəsində penalti də qazanıb. Lakin onun qazandırdığı penaltini komanda yoldaşı boşa verib.
“Bursaspor” 6 turdan sonra 5 xalla 19 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.


