Premyer Liqa: 5-ci turun iki oyunu üçün təyinatlar açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 5-ci turun sabah keçiriləcək oyunları üçün təyinatlar açıqlanıb. Arena.az xəbər verir ki, “Keşlə” – “Qarabağ” matçı Fərid Hacıyevə tapşırılıb.

“Səbail” – “Zirə” görüşünü isə Kamal Umudlu idarə edəcək.

Turun qalan oyunları sentyabrın 26-da keçiriləcək. Həmin oyunlar üçün təyinatlar sabah açıqlanacaq.

Azərbaycan Premyer Liqası
5-ci tur
25 sentyabr

17:00. “Keşlə” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Kamran Bayramov, İnqilab Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “ASK Arena”.

19:15. “Səbail” – “Zirə”
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Müslüm Əliyev, Rəşad Əhmədov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. “ASCO Arena”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: