Bu gün Niderlandın Zeist şəhərində gələn il yanvarın 19-dan fevralın 6-dək bu ölkədə təşkil olunacaq Avropa çempionatının final mərhələsinin püşkü atılıb. Arena.az xəbər verir ki, ilk dəfə 16 komandanın iştirakı ilə keçiriləcək qitə birinciliyinin həlledici mərhələsində Azərbaycan millisi də mübarizə aparacaq.
Komandamız D qrupunda yer alıb. Azərbaycan futzalçıları Gürcüstan, Bosniya və Herseqovina və İspaniya komandaları ilə qarşılaşacaq. Bu qrupun oyunları Qroningen şəhərdə keçiriləcək.
AÇ-2022
Final mərhələsi
A qrupu
Niderland
Belarus/Serbiya
Ukrayna
Portuqaliya
B qrupu
Qazaxıstan
İtaliya
Sloveniya
Finlandiya
C qrupu
Rusiya
Polşa
Slovakiya
Xorvatiya
D qrupu
Gürcüstan
İspaniya
Azərbaycan
Bosniya və Herseqovina
Avropa çempionatının final mərhələsinin təqvimi də müəyyənləşib. Azərbaycan yığmasının qitə birinciliyinin qrup mərhələsindəki oyunlarının təqvimi belədir:
22 yanvar, Qroningen
Gürcüstan – Azərbaycan
İspaniya – Bosniya və Herseqovina
26 yanvar, Qroningen
İspaniya – Azərbaycan
Bosniya və Herseqovina – Gürcüstan
29 yanvar, Amsterdam
Azərbaycan – Bosniya və Herseqovina
Gürcüstan – İspaniya


