Enes Sali Avropa futbolunun tarixinə düşdü

Rumıniya milli komandasının yarımmüdafiəçisi Enes Sali Avropa futbolunun tarixinə düşüb. Arena.az xəbər verir ki, o, Avropada milli komandada rəsmi oyun keçirən ən gənc futbolçuya çevrilib.

Rumıniya millisi ötən gecə DÇ-2022-nin seçmə mərhələsində Lixtenşteyni məğlub edib – 2:0. Enes səfərdə baş tutan bu görüşün 82-ci dəqiqəsində meydana buraxılıb. Bununla da türk əsilli rumıniyalı futbolçu qitə yığmaları arasında rəsmi oyunda iştirak edən ən gənc futbolçu kimi tarixə düşüb. Enes bu göstəriciyə 15 yaş 8 ay 21 günlüyündə nail olub.

Bundan əvvəlki rekord norveçli Martin Edeqora məxsus idi. O, 15 yaş 300 günlüyündə rəsmi oyunun iştirakçısı olub.

Enes Sali “Barselona” və “George Haci Akademiyası”nda futbolun sirlərinə yiyələnib. Bu ildən o, “Farul Konstanta” klubunun formasını geyinir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: