Namiq Ələsgərov oynadı, “Bursaspor” yenə uduzdu

Futbol üzrə Türkiyə 1-ci liqasında 14-cü turun oyunları keçirilib. Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Namiq Ələsgərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Gənclərbirliyi” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Namiq də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib.

“Bursaspor” 14 turdan sonra 14 xalla 19 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: