Bu gün futzal üzrə Azərbaycan millisi növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Joze Alesio Da Silvanın çalışdırdığı komandamız Ukrayna yığması ilə qarşılaşıb.
Beynəlxalq yoxlama oyunu Bakıda, FHN-in İdman-sağlamlıq mərkəzində baş tutub. Oyunu Azərbaycandan olan FİFA referiləri idarə ediblər.
Azarkeşlər üçün qapalı olan qarşılaşma qonaq komandanın qələbəsiylə yekunlaşıb. Azərbaycan futzalçıları bu oyunda 4 cavabsız qola üzülüblər. Bunda matçın əvvəlində Bolinyanın qırmızı vərəqə alaraq komandasını azlıqda qoyması da böyük rol oynayıb.
Qeyd edək ki, Azərbaycan millisi sabah bu rəqiblə daha bir yoxlama oyunu keçirəcək.
Yoxlama oyunu
18 dekabr
Azərbaycan – Ukrayna 0:4
Qollar: Petro Şoturma, 5:07. Mixaylo Zvariç, 11:44. Fineo De Arauxo, 24:59-öz qapısına. Mikola Biloçerkiveç, 38:53.
Qırmızı vərəqə: Bolinya, 4:55 (kobud oyuna görə).
Hakimlər: Knyaz Əmiraslanov, Hikmət Qafarlı, Əli Cəbrayılov.
Timekeeper: Ziya Nəsirov.
FHN-in İdman-sağlamlıq mərkəzi. Saat 18:00.
Azərbaycan: 12. Rövşən Hüseynli, 8. Rizvan Fərzəliyev (k), 7. Ramiz Çovdarov, 10. İsa Atayev, 11. Xətai Bağırov, 1. Emin Kürdov, 19. Cavad Məmmədov, 3. Bolinya, 5. Fineo De Arauxo, 9. Rafael Vilela, 13. Qalo, 15. Amir Şocaei, 2. Nurlan Mehdizadə, 20. Tofiq Mikayılov, 16. Xəzər Ağalızadə.
Baş məşqçi: Joze Alesio Da Silva.
Ukrayna: 1. Kirilo Çipun, 13. İqor Korsun, 14. Petro Şoturma (k), 15. Mikola Biloçerkiveç, 19. Mixaylo Zvariç 12. Yuri Savenko, 3. Sergey Malişko, 4. İqor Çerniavski, 5. Yaroslav Lebid, 7. Yevgeni Siryi, 8. Vladimir Razuvanov, 9. Daniel Abakşin, 11. Artyom Farenyuk, 16. Aleksandr Suxov, 17. Aleksandr Pedyaş.
Baş məşqçi: Aleksandr Kosenko.


