“Neftçi” İvan Brkiçi transfer etdi

“Neftçi” növbəti transferini həyata keçirib. Arena.az xəbər verir ki, paytaxt klubu xorvatiyalı qapıçı İvan Brkiçi heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasında 1.5 illik müqavilə imzalanıb.

26 yaşlı futbolçu yeni komandasının heyətində 1 nömrəli formanı geyinəcək.

Son klubu Latviya “Riqa”sı (2021) olan qolkiper Xorvatiyanın “İstra” (2014-2017), “Lokomotiva” (2017), “İmotski” (2017), “Çibalia” (2017-2018), Bosniyanın “Zrinski” (2018-2021) komandalarında çıxış edib. O, Xorvatiyanın U-19 və U-21 millilərinin üzvü olub.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl müdafiəçi Azər Salahlı, yarımmüdafiəçilər Eddi İsrafilov və Gilyerme Patonu transfer etmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: