Afrika Millətlər Kubokunda Seneqal və Mərakeş də 1/4 finala çıxdı

Futbol üzrə Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Əvvəlcə Seneqal yığması Kabo Verde ilə qarşılaşıb. “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andradenin də oynadığı matç komandası üçün uğursuz alınıb. Belə ki, start heyətdə meydana çıxan Patrik, 21-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. 57-ci dəqiqədə Andradenin daha bir komanda yoldaşı oxşar aqibətlə üzləşib. Rəqibin 9 nəfərlə qalmasından maksimum yararlanan Seneqal yığması 2 cavabsız qol vuraraq 1/4 finala yüksəlib.

Günün digər matçı Mərakeş və Malavi yığmaları arasında keçirilib. Üç qolun qeydə alındığı bu oyunda da Mərakeş millisi sevinən tərəf olub.

Xatırladaq ki, Afrika Millətlər Kubokunda daha öncə Burkina Faso, Tunis, Qambiya və Kamerun yığmaları 1/4 finala vəsiqəni təmin etmişdi.

Afrika Millətlər Kuboku
1/8 final
23 yanvar

Burkina Faso – Qabon 1:1 (penaltilər 7:6)
Qol: Traore, 28 – Quira, 90+1-öz qapısına.

Nigeriya – Tunis 0:1
Qol: Msakni, 47.

24 yanvar

Qvineya – Qambiya 0:1
Qol: Barrou, 71.

Kamerun – Komor adaları 2:1
Qol: Ekambi, 29. Abubakar, 70 – Çanqama, 81.

25 yanvar

Seneqal – Kabo Verde 2:0
Qol: Mane, 63. Dienq, 90+2.

Mərakeş – Malavi 2:1
Qol: En Nesiri, 45+2. Hakimi, 70 – Mhanqo, 7.

26 yanvar

Fil Dişi Sahili – Misir
Mali – Ekvatorial Qvineya

Xəbəri sosial şəbəkələrdə paylaş: