Namiq Ələsgərov oynadı, “Bursaspor” səfərdə 1 xal qazandı

Futbol üzrə Türkiyə 1-ci liqasında 24-cü turun oyunları keçirilib. Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Namiq Ələsgərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Samsunspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Namiq də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.

“Bursaspor” 24 turdan sonra 24 xalla 19 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: