Namiq Ələsgərov oynadı, “Bursaspor” yenə uduzdu

Futbol üzrə Türkiyə 1-ci liqasında 26-cı turun oyunları keçirilib. Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Namiq Ələsgərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Ankaragücü” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Namiq də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib.

“Bursaspor” 26 turdan sonra 24 xalla 19 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: