Azərbaycan millisi Xorvatiyaya biabırçı hesabla uduzdu

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının əsas seçmə mərhələsində ilk oyununu keçirib. Arena.az xəbər verir ki, komandamız Xorvatiyada keçirilən qrup oyununda bu ölkənin müvafiq yaş qrupundan ibarət millisi ilə üz-üzə gəlib.

Bakı vaxtı ilə saat 20:00-da başlayan matç Azərbaycan futzalçıları üçün uğursuz bitib. Xorvatlar yeddi qolun qeydə alındığı bu görüşdə darmadağına seviniblər. Azərbaycan yığmasının yeganə qolunu ikinci hissədə Nazim Rəhimov vurub.

Azərbaycan millisi növbəti matçını sabah Latviyaya qarşı keçirəcək. Bu qrupda yer alan digər komanda – Belarus yığması isə bu ölkənin Ukraynadakı hərbi əməliyyatlarda iştirakına görə UEFA tərəfindən yarışlardan kənarlaşdırılıb.

AÇ-nin seçmə mərhələsi
7-ci qrup
17 mart

Azərbaycan – Xorvatiya 1:6
Hakimlər: Pablo Delqado Sastre (İspaniya), Mixael Lima De Sousa (Lüksemburq), Talqat Kosmuxambetov (Qazaxıstan).
Karlovaç. “Mladost Arena”.

Azərbaycan: 12. Azər Fərmanov, 2. Novruz Kazıxanov, 4. Nazim Rəhimov, 5. Nurlan Məmmədov, 7. Xəzər Ağalızadə, 1. Zaur Sultanov, 3. Fariz Mehralıyev, 6. Mirzə Əmirov, 8. Mikayıl Qiyasov, 10. Şaiq Vəlizadə, 11. Məhəmməd Abbasov, 13. Fuad Məmmədzadə (k).
Baş məşqçi: Ağatahir Əzimov.

Xorvatiya: 1. Mate Vrdolyak, 6. Lovro Cigler, 9. Dominik Çiçiç, 10. Romeo Suşac (k), 13. Filip Yosipoviç, 12. İvan Vukosav, 4. Toni Borçiç, 5. Duye Dragiçeviç, 7. Domaqoy Durkoviç, 8. Danis Hrqota, 11. Yosip Qovorko, 14. Qabriyel Lasiç.
Baş məşqçi: Duye Maretiç.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: