AÇ-2022: Azərbaycan millisi Farer adalarına qalib gəldi

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının (AÇ-2022) seçmə mərhələsinin ikinci raundunda bu gün ilk oyununa çıxıb. Arena.az xəbər verir ki, millimiz Şimali İrlandiyada Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Vüqar Əsgərlinin çalışdırdığı komandamız bu oyundan inamlı qələbə ilə ayrılıb.

1-ci qrupun digər oyununda bu gün Malta yığması qrup oyunlarına ev sahibliyi edən Şimali İrlandiya millisi ilə üz-üzə gələcək.

Azərbaycan millisi qrupdakı növbəti matçını aprelin 9-da Malta yığmasına qarşı keçirəcək.

AÇ-2022-nin seçmə mərhələsi
B Liqası, 1-ci qrup
6 aprel

Farer adaları – Azərbaycan 0:2
Qol: Aysun Muradova, 20. Pərvin Səfərəliyeva, 41.
Hakimlər: Triinu Laos, Anni Koppel (hər ikisi Estoniya), Viktoriya Finlay, Ben Makmaster (hər ikisi Şimali İrlandiya).
İnver Park. Larne.

Farer adaları: 1. Eyzbyorg Reynslag, 2. Malena Olsen, 4. Loa Samuelsen (17. Ronya Leonsson Mouritsen, 63), 6. Liv Runadottir, 7. Sarita Petersen, 9. Yudith Eilersdottir (18. Maryun Hyelm, 90+1), 10. Sara Poulsdottir Lizarenda (k), 11. Ester Ellingsgaard, 14. Anitha A Dalinum (13. Jovina Av Skardi, 86), 15. Jorun Tuni Petersen (5. Kristina Danialsdottir Gasdal, 63), 16. Noomi Hansen (8. Birita Patursdottir Rasmussen, 46).
Ehtiyat oyunçular: 3. Gunnrid Poulsen, 18. Maryun Hyelm.

Azərbaycan: 1. Güleryüz Göknur, 3. Milana Rəhimova, 5. İrem Bir (19. Fatimə Əhmədli, 63), 6. Samirə Aşırova, 7. Aysun Muradova, 8. Sema Nur Arzik (18. Buse Nur Kocabey, 79), 9. Lamiyə Əlizadə (15. Nahidə Məmmədova, 90+1), 10. Nisrine Maria Zerioul, 11. Fatma Nur Senses, 13. Alina Nəhmədova (k), 17. Pərvin Səfərəliyeva.
Ehtiyat oyunçular: 12. Aytac Feyzullayeva, 2. Tuğba Nur Bozkurt, 14. Leyla Ağayeva, 16. Züleyxa Zamanlı, 20. Nurçin Tarverdizadə.

Xəbəri sosial şəbəkələrdə paylaş: