Azərbaycanlı yarımmüdafiəçi Fərid Nəbiyev futbol üzrə Çexiya ikinci divizionunda növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, onun formasını geyindiyi “Viktoriya” (Jijkov) 22-ci tur çərçivəsində doğma meydanda “Brno” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3. Fərid Nəbiyev bu görüşə start heyətdə başlayıb və fasilədə əvəzlənib.
“Viktoriya” 22 turdan sonra 11 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.


