Slovakiya çempionatının qalibi bəlli oldu

Futbol üzrə Slovakiya çempionatının cari mövsümünün qalibi müəyyənləşib. Arena.az xəbər verir ki, Bratislava “Slovan”ı növbəti dəfə ölkə çempionu olub.

Sözügedən komanda ötən gün pley-off mərhələsinin 6-cı turu çərçivəsində “Rujomberok”la səfərdə heç-heçə edib – 0:0. Bu nəticədən sonra “Slovan” xalını 67-yə yüksəldib.

Bununla da, Bratislava təmsilçisi ən yaxın izləyicisi “Rujomberok”la xal fərqini 14-ə yüksəldib. Komanda çempionatın bitməsinə 3 tur qalmış çempionluğu rəsmiləşdirib.

Bununla da “Slovan” ardıcıl 4-cü dəfə Slovakiya çempioatının qalibi olub. Bu komanda ümumilikdə 24-cü dəfə ölkə çempionu olur. Bratislava klubu baxımdan ölkə rekordçusudur. Sözügedən komandanın ən yaxın izləyicisi 7 çempionluğu olan “Jilina”dır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: