Aftandil Hacıyev daha bir il “Səbail”də!

Səbail” baş məşqçisi Aftandil Hacıyev ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 41 yaşlı mütəxəssislə müqavilənin müddəti 2022/23 mövsümünün sonuna kimi artırılıb.

Aftandil Hacıyev 2018-ci ildən Bayıl təmsilçisini çalışdırır. Onun rəhbərliyi altında komanda 2018/19 mövsümündə Azərbaycan Premyer Liqasında bürünc medal qazanıb. “Dənizçilər” bununla həm də Avropa Liqasının təsnifat mərhələsinin oyunlarına vəsiqə qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: