Almaniyanın “Hoffenhaym” komandasının baş məşqçisi Sebastyan Höness istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.
40 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. İstefaya komandanın geridə qalan mövsümdə o qədər də uğurlu çıxış etməməsi səbəb olub. Bundesliqa təmsilçisi Hönessin başçılığı altında mövsümü 9-cu pillədə başa vurub. 34 oyunda cəmi 12 qələbə qazanan komanda 46 xal toplaya bilib.
Sebastyan Höness “Bayern” klubunun sabiq prezidenti Üli Hönessin qardaşı oğludur. O, 2020-ci ilin iyul ayından “Hoffenhaym”a rəhbərlik edirdi. Gənc mütəxəssis bu müddət ərzində komandanı 81 oyuna çıxarıb. 31 qələbə qazanan Bundesliqa təmsilçisi, 21 heç-heçə edibsə, 29 dəfə də məğlubiyyətlə üzləşib.
Höness “Hoffenhaym”dan öncə “Bayern” klubunun 2-ci komandasında forma geyinirdi.


