“Qəbələ” İlkin Qırtımovu transfer etdi

“Qəbələ” mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib. Arena.az xəbər verir ki, “qırmızı-qaralar” Azərbaycan millisinin müdafiəçisi İlkin Qırtımovu heyətinə qatıb.

Bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb. 32 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Son klubu “Şamaxı” olan Qırtımov 2015-18 və 2019-2022-ci illərdə bu komandada çıxış edib. O, Premyer Liqada “Simurq” (2009-2015), “Neftçi” (2018) və “Zirə”nin (2018-2019) də formasını geyinib.

Xatırladaq ki, yığmada 2014-cü ildə debüt edən İlkin Qırtımov Azərbaycan millisində 5 matç keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: