“Sabah”ın 3 futbolçusu əməliyyat olundu

“Sabah”ın 3 futbolçusu əməliyyat olunub. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Müdafiəçi Amin Seydiyev qasıq yırtığı əməliyyatı keçirib. Almaniyanın Münhen şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurlu keçib.

Hücumçu Tiemoko Fofana və müdafiəçi Zurab Oçiqava isə Türkiyənin Ankara şəhərində əməliyyat olunub. Tiemoko dizindəki çarpaz bağın bərpası, Zurab isə menisk əməliyyatı keçirib. Hər iki əməliyyat uğurla başa çatıb.

“Sabah”ın zədəli futbolçularının bərpa müddəti açıqlanmayıb. Böyük ehtimalla hər üç futbolçu ən pis halda yeni mövsümün startına qədər tam sağalmış olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: