Vensan Kompani rəsmən “Bernli”də

Bir müddət öncə Belçikanın “Anderlext” klubundan ayrılan Vensan Kompani özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, o, bundan sonra İngiltərənin “Bernli” komandasını çalışdıracaq.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Lakin 36 yaşlı mütəxəssilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Xatırladaq ki, ötən mövsüm İngiltərə Premyer Liqasında 35 xalla 18-ci yeri tutan “Bernli” elitanı tərk edərək aşağı liqaya düşüb. Komanda növbəti mövsümdən Çempionşipdə mübarizə aparacaq.

Vensan Kompani buna qədər yalnız “Anderlext”də baş məşqçi kimi çalışıb. 2019-cu ildə bu komandada köməkçi kimi fəaliyyət göstərən belçikalı mütəxəssis, 2020-ci ildən Anderlext təmsilçisində baş məşqçi idi.

Xəbəri sosial şəbəkələrdə paylaş: