“Qarabağ” Marko Yankoviçi transfer etdi

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Ağdam təmsilçisi İsrailin “Hapoel” (Təl-Əviv) klubundan Marko Yankoviçi transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Monteneqrolu yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, yeni komandasında “8” nömrəli formanı geyinəcək.

Marko Yankoviç Serbiyanın “Partizan” klubunun yetirməsidir. O, karyerası ərzində “Teleoptik”, “OFK Beoqrad”, “Maribor”, SPAL, “Krotone” və “Beytar” (Yerusəlim) komandalarında da forma geyinib. Hücumameylli yarımmüdafiəçi bu ilin fevralından “Hapoel”də çıxış edirdi. Monteneqro millisində 35 oyun keçirmiş vinger, 1 qol da vurub.

Yankoviç “Qarabağ”ın bu yay həyata keçirdiyi ilk transferdir. Ağdam klubu buna qədər Kevin Medina, Riçard Almeyda və Luka Quqeşaşvili ilə yeni müqavilə bağlamış və Xayme Romero ilə yollarını ayırmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: