“Səbail” Rafael Məhərrəmlini də heyətinə qatdı

“Səbail” heyətinə daha bir yeni futbolçu cəlb edib. Arena.az xəbər verir ki, paytaxt klubu “Şamaxı”dan ayrılan yarımmüdafiəçi Rafael Məhərrəmlini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı oyunçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Rafael Məhərrəmli peşəkar karyerasına “Keşlə”də (indiki “Şamaxı”) başlayıb. O, daha sonra “Qarabağ” və “Zirə”də də çıxış edib. O, bu iki klubda möhkəmlənə bilmədiyi üçün yenidən “Şamaxı”ya qayıtmışdı.

“Səbail” daha öncə Ağabala Ramazanov, Vüsal Qənbərov, Vüqar Həsənli, Emil Martinov, Qoba Zakpa, Luvaqa Kizito və Emin Zamanovu da transfer etmişdi. Paytaxt klubunda Adil Nağıyev, Ruslan Hacıyev, Ədilxan Qarəhmədov, Tural Bayramlı, Cabir Əmirli, Turan Manafov, Hüseynəli Quliyev və Rahid Əmirquliyevlə də yeni müqavilə imzalanıb. Nikolas Raysel, Domantas Şimkus, Elxan Əhmədov, İbrahim Aslanlı, Cavid Tağıyev, Camal Araqo, Əfran İsmayılov, Mirsahib Abbasov, Rauf Əliyev və Məhəmməd Mirzəbəyov isə komandadan ayrılıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: