Futbol üzrə Ukrayna Premyer Liqasında 2022/23 mövsümünə start verilib. Arena.az xəbər verir ki, Rusiyanın bu ölkəyə hərbi müdaxiləsi səbəbindən 6 ay idi futbolsuz qalan Ukraynada nəhayət ki, ilk rəsmi matçlar baş tutub.
Müharibə səbəbindən oyunlar yalnız Kiyevdə və daha etibarlı olan qərb bölgəsində azarkeşsiz keçirilir. Matçların keçirildiyi stadionlarda xüsusi sığınacaqlar da qurulub.
Azərbaycanlı futbolçu Emil Mustafayevin formasını geyindiyi “Aleksandriya” da yeni mövsümdə ilk matçına çıxıb. Sözügedən kollektiv səfərdə “İnqulets”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Emil bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, Ukrayna Premyer Liqasında 16 kollektiv mübarizə aparır.


