Emil Mustafayev oynamadı, komandası 2-ci qələbəyə sevindi

Futbol üzrə Ukrayna Premyer Liqasında 2-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Emil Mustafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə “Minay”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Emil bu görüşün iştirakçısı olmayıb. O, bu dəfə də sonadək ehtiyatda qalıb.

“Aleksandriya” 2 turdan sonra 6 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: