Kamran Əliyev oynamadı, “Arsenal” “Rubin”ə qalib gəldi

Futbol üzrə Rusiya Birinci Liqasında 12-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının hücumçusu Kamran Əliyevin formasını geyindiyi Tula “Arsenal”ı da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Kazan “Rubin”i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Kamran Əliyev bu matçın iştirakçısı olmayıb. O, bu dəfə də sonadək ehtiyatda qalıb.

“Arsenal” 12 turdan sonra 22 xalla 3-cü pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: