Ayaz Quliyev məhsuldar ötürmə verdi, “Ximki” ÇSKA-ya da uduzdu

Azərbaycanlı futbolçular – Ayaz Quliyev və İlya Sadıqov Rusiyanın “Ximki” komandasında növbəti matçlarına çıxıblar. Arena.az xəbər verir ki, onlar Rusiya Premyer Liqasının 11-ci turu çərçivəsində baş tutan ÇSKA (Moskva) ilə qarşılaşmanın iştirakçısı olublar.

“Ximki” bu rəqiblə doğma meydanda qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

İlya Sadıqov bu matçın 83-cü dəqiqəsində meydana buraxılıb. Ayaz Quliyev isə start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının 88-ci dəqiqədə vurduğu yeganə qolun məhsuldar ötürməsini də Ayaz verib.

“Ximki” 11 turdan sonra 8 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: