“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt klubu İssa İbrahim Cibrilla ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı vingerlə 2 il yarımlıq müqavilə imzalanıb. Əldə edilmiş razılığa görə, müqavilə 2023-cü ilin yanvar ayının 1-dən qüvvəyə minəcək. Bu isə o deməkdir ki, zirəlilər ən azı qışa kimi yeni transferin xidmətindən yararlana bilməyəcəklər.
Niger millisinin də üzvü olan futbolçunun son klubu Türkiyənin “Ankara Keçiörengücü” komandası olub. O, 2021-ci ilin iyul ayından formasını geyindiyi bu klubu bu il sentyabrın 5-də azad agent kimi tərk etmişdi.
İssa İbrahim Cibrilla daha öncə “Rahimo” və “Sahel” klublarının da formasını geyinib. O, Niger yığmasında 18 oyun keçirib və 4 qola imza atıb.


