Kamran Əliyev “Arsenal”ın qələbəsini kənardan izlədi

Futbol üzrə Rusiya Birinci Liqasında 15-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının hücumçusu Kamran Əliyevin formasını geyindiyi Tula “Arsenal”ı da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Volqar-Astraxan”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2.

Kamran Əliyev bu matçın iştirakçısı olmayıb. O, bu dəfə də sonadək ehtiyatda qalıb.

“Arsenal” 15 turdan sonra 25 xalla 5-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: