Futbol üzrə Ukrayna Premyer Liqasında 11-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv bu dəfə “Kolos”u qəbul edib. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 4:1.
Mustafayev bu görüşün iştirakçısı olmayıb. O, bu dəfə sonadək ehtiyatda qalıb.
“Aleksandriya” 11 turdan sonra 20 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.


