Amin Seydiyev “Sabah”da rekorda şərik oldu

Azərbaycan Premyer Liqasının 13-cü turunun “Səbail”lə oyunu “Sabah”ın müdafiəçisi Amin Seydiyev üçün əlamətdar olub. Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu bu matçda 67-ci dəfə “Sabah” formasıyla meydana çıxıb.

Bununla da, o, sözügedən klubun heyətində ən çox matç keçirmiş Saşa Stamenkoviçə çatıb. 2018-2021-ci illər aralığında “Sabah”ın heyətində çıxış etmiş serbiyalı qolkiper də bu komandada məhz 67 görüşdə meydana çıxıb.

Xatırladaq ki, Amin Seydiyev 2020-ci ilin yayından “Sabah”ın uğurları üçün çalışır. O, bu komandanın heyətində keçirdiyi 67 görüşdə (63 ölkə çempionatı, 4 ölkə kuboku) 2 qola imza atıb. Azərbaycan yığmasının da üzvü olan futbolçu daha öncə yetirməsi olduğu “Qəbələ”nin uğurları üçün çalışıb.

Qeyd edək ki, “Sabah” “Səbail”lə matçda 2:0 hesablı qələbəyə sevinib. Masazır təmsilçisi növbəti turda “Qarabağ”ı qəbul edəcək. Bu oyunda meydana çıxacağı halda, Amin “Sabah”ın ən çox oyun keçirmiş futbolçusuna çevriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: