“Qarabağ” dörd gənc futbolçu ilə yeni müqavilə bağladı

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” dörd futbolçusu ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Musa Qurbanlı, Toral Bayramov, Elvin Cəfərquliyev və İsmayıl İbrahimli ilə 3,5 illik yeni sözləşmə imzalanıb. Bir sözlə, gənc futbolçuların hamısı yeni müqaviləyə əsasən 2026-cı il iyunun 30-dək Ağdam klubunun uğurları üçün çalışmağa davam edəcək.

Xatırladaq ki, Elvin Cəfərquliyev və İsmayıl İbrahimli 2018-ci, Toral Bayramov və Musa Qurbanlı isə 2019-cu ildən Ağdam təmsilçisinin formasını geyinir.

Son günlərdə Musa Qurbanlının Polşanın “Poqon” klubuna transfer olunacağı haqda xəbərlər yayılmağa başlayıb. Çox güman ki, “Qarabağ” baş məşqçi Qurban Qurbanovun oğlu olan millimizin hücumçusu ilə məhz buna görə yeni müqavilə bağlamağa qərar verib. Polşa mətbuatının iddiasına görə, “Poqon” bu transfer üçün Ağdam klubuna 350 min avro ödəməyə hazırdır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: