Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz” qış fasiləsində ilk transferini rəsmiləşdirib. Arena.az xəbər verir ki, əyalət klubu Moldova milli komandasının müdafiəçisi Denis Marandiçi heyətinə qatıb.
Bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Təqdimat videosunda moldovalı futbolçunun “Turan Tovuz” forması ilə görüntüləri yer alıb. Tərəflər arasındakı müqavilənin isə bu mövsümün sonuna kimi nəzərdə tutulduğu diqqətə çatdırılıb.
Denis Marandiç müdafiənin sol cinahında çıxış edir. Portuqaliya vətəndaşlığı da olan futbolçu Moldova yığmasında 6 oyun keçirib. Müdafiəçi karyerası ərzində Portuqaliyanın “Unian Leyriya” və Sloveniyanın “Çelye” komandalarının formasını geyinib. Onun son klubu Bosniya və Hersoqovina təmsilçisi “Jrinski” olub.


