Afrika Millətlər Kubokunun açılış matçında Əlcəzair qalib gəldi

Bu gün Əlcəzairdə futbol üzrə Afrika Millətlər Kubokunun 2022-ci il mövsümünün final mərhələsinə start verilib. Arena.az xəbər verir ki, əslində bu turnir 2022-ci ilin 10 iyul – 1 avqust aralığında keçirilməli idi.

Lakin 2021-ci ilin qitə birinciliyi koronavirus pandemiyasına görə 2022-ci ildə keçirildiyindən, ötən il keçirilməli olan Afrika Millətlər Kubokunun final mərhələsi də 2023-cü ilin yanvarına təyin olunub.

18 ölkənin iştirakı ilə təşkil olunan bu dəfəki turnirin açılış oyununda meydan sahibi Əlcəzair yığması Liviya millisi ilə üz-üzə gəlib. Qarşılaşmanın taleyini bir qol həll edib. Meydan sahibləri 57-ci dəqiqədə vurduqları penalti qolu ilə qələbə qazanıblar.

2009-cu ildən təşkil olunan Afrika Millətlər Kuboku ilk dəfə Əlcəzairdə keçirilir. Qitə birinciliyinə fevralın 4-də keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq.

Afrika Millətlər Kuboku
A qrupu
13 yanvar

Əlcəzair – Liviya 1:0
Qol: Mahius, 57-pen.

Xəbəri sosial şəbəkələrdə paylaş: