Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinin ilk turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, Əlcəzairdə təşkil olunmuş budəfəki qitə birinciliyinin dördüncü oyun günündə daha iki qarşılaşma baş tutub.
D qrupu çərçivəsində Mali və Anqola yığma komandaları üz-üzə gəliblər. Altı qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
E qrupunda isə Kamerun və Konqo milliləri qarşılaşıblar. Kamerun yığması bu oyunda tək qolla vacib qələbəyə sevinib.
İlk dəfə Əlcəzairin ev sahibliyi etdiyi Afrika Millətlər Kubokunda mübarizəyə fevralın 4-də keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq.
Afrika Millətlər Kuboku
16 yanvar
D qrupu
Mali – Anqola 3:3
Qol: Sinayoko, 23. Diabi, 78. Kulibali, 83 – Dilson, 12; 26. Jilberto, 72.
E qrupu
Kamerun – Konqo 1:0
Qol: Mbekeli, 63.


