Viktor Siqankov “Jirona”da – “Dinamo” 5 milyon avro qazandı

Futbol üzrə Ukrayna milli komandasının yarımmüdafiəçisi Viktor Siqankov Kiyev “Dinamo”sundan ayrılıb. Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu İspaniyanın “Jirona” klubuna transfer olunub.

Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Ukraynalı vinger yeni klubu ilə 2027-ci ilin 30 iyununa kimi müqavilə bağlayıb. “Jirona” bu transfer üçün Kiyev “Dinamo”suna 5 milyon avro təzminat ödəyib.

Viktor Siqankov Kiyev “Dinamo”sunun öz yetirməsidir. O, 2016-cı ildən paytaxt klubunun əsas komandasında forma geyinirdi. Yarımmüdafiəçi bu komandanın heyətində meydana çıxdığı 236 oyunda 94 qol vurub, 64 məhsuldar ötürmə müəllifi olub.

Siqankov 2016-cı ilin noyabrında ilk oyuna çıxdığı Ukrayna milli komandasında da 43 oyun keçirib, 7 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: