Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinin ikinci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, Əlcəzairdə təşkil olunmuş budəfəki qitə birinciliyinin yeddinci oyun günündə daha bir qarşılaşma baş tutub.
C qrupu çərçivəsində Qana və Sudan yığmaları üz-üzə gəliblər. Üç qolun qeydə alındığı bu oyunda qanalılar sevinən tərəf olublar.
Qrupun digər matçında Madaqaskar yığması Mərakeş ilə qarşılaşmalı idi. Lakin mərakeşlilər siyasi səbəblərlə əlaqədar Əlcəzairə gəlmədiyindən, oyunları baş tutmur.
İlk dəfə Əlcəzairin ev sahibliyi etdiyi Afrika Millətlər Kubokunda mübarizəyə fevralın 4-də keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq.
Afrika Millətlər Kuboku
Qrup mərhələsi
19 yanvar
C qrupu
Qana – Sudan 3:1
Qol: Yiadom, 45+3. Afriyie, 64-pen. Suraj, 90+8 – Nuh, 31.
Xal: Madaqaskar, 3. Qana – 3. Sudan – 0. Mərakeş – 0.


