Futbol üzrə Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Əvvəlcə Əlcəzair və Fil Dişi Sahili yığmaları üz-üzə gəliblər. Əlcəzair yığması bu oyundan minimal hesabla qalib ayrılaraq ilk yarımfinalçı olub.
Günün digər matçında isə Seneqal və Mavritaniya yığmaları qarşılaşıblar. Bu görüşün də taleyini bir qol həll edib. Yekunda sevinən tərəf Seneqal seçməsi olub.
Digər 1/4 final qarşılaşmalarında Madaqaskar Mozambiklə, Niger isə Qana ilə üz-üzə gələcək.
Xatırladaq ki, qitə birinciliyi ilk dəfədir Əlcəzairdə təşkil olunub. Afrika Millətlər Kubokunda mübarizəyə fevralın 4-də keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq.
Afrika Millətlər Kuboku
1/4 final
27 yanvar
Əlcəzair – Fil Dişi Sahili 1:0
Qol: Mahius, 90+6-pen.
Seneqal – Mavritaniya 1:0
Qol: L.Kamara, 34-pen.
28 yanvar
20:00. Madaqaskar – Mozambik
23:00. Niger – Qana


