Premyer Liqa: “Fulhem”lə “Vulverhempton”dan heç-heçə

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 25-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Fulhem” doğma meydanda “Vulverhempton”la üz-üzə gəlib. Qarşılaşmada hesabı ilk yarıda qonaqlar açıblar. Amma meydan sahibləri fasilədən sonra bərabərlik qolunu vurmağı bacarıblar. Beləcə, tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

Turun qalan qarşılaşmaları şənbə və bazar günlərinə təsadüf edəcək.

25-ci turun “Mançester Yunayted” – “Brentford” və “Nyukasl” – “Brayton” matçları təxirə salınıb.

İngiltərə Premyer Liqası
25-ci tur
24 fevral

Fulhem – Vulverhempton 1:1
Qol: Solomon, 64 – Sarabiya, 23.

25 fevral

19:00. Everton – Aston Villa
19:00. Lids – Sauthempton
19:00. Lester Siti – Arsenal
19:00. Vest Hem – Nottingem Forest
21:30. Bornmut – Mançester Siti
23:45. Kristal Pelas – Liverpul

26 fevral

17:30. Tottenhem – Çelsi

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: