Mustafayev üçün 84 dəqiqə, komandasından ardıcıl 4-cü heç-heçə

Azərbaycanın U-21 millisinin yarımmüdafiəçisi Emil Musatafayev Ukraynanın “Aleksandriya” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 21 yaşlı futbolçu Ukrayna Premyer Liqasının 17-ci turu çərçivəsində baş tutan “Minay”la oyunun iştirakçısı olub.

Sözügedən kollektiv bu rəqiblə səfərdə qarşılaşıb. İki qolun qeydə alındığı bu görüşdə qalib müəyyənləşməyib – 1:1. Hesabı 2-ci dəqiqədə meydan sahibləri açıblar. Futbolçumuzun komandası bərabərlik qolunu 84-cü dəqiqədə vura bilib.

Emil Mustafayev bu görüşə start heyətdə başlayıb və 84-cü dəqiqədə əvəzlənib.

Ardıcıl 4 oyundur heç-heçə oynayan “Aleksandriya” bu mövsüm keçirdiyi 16 oyunda 27 xal toplayıb. Komanda hazırda 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Emil isə cari mövsümdə meydana çıxdığı 5 oyunda 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: