Martın 15-i, 16-sı və 17-də futzal üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir oyun baş tutub.
Bakı İdman Sarayında keçirilən matçda “Record” U-17 üzərində qələbə qazanıb. İkinci oyun günündə daha dörd qarşılaşma baş tutub. Matçların yekununda U-19, “Baku Fire”, “Şamaxı” və “Rəvan” komandaları 1/4 finala vəsiqə qazanıblar.
1/8 final mərhələsinə bu gün keçirilən 3 oyunla yekun vurulub. Ən böyük sürpriz son ölkə çempionu, cari mövsümdə də lider olan “Araz Naxçıvan”ın ADBTİA ilə oyunda uduzaraq mübarizəni dayandırması olub. Günün digər qalibləri “Neftçi” İK və MUM olub.
Azərbaycan kuboku
1/8 final
15 mart
Record – U-17 5:1
Hakimlər: Şakir Quliyev, Məmmədəli Kərimov, Ziya Nəsirov
Hakim-inspektor: Füzuli Nəcəfov
16 mart
Alyans – U-19 3:11
Hakimlər: Anar Fərəcov, Vüsal Balaşov, İmran Məhərrəmov
Hakim-inspektor: Azad Hüseynov
Baku Fire – Dalğa 15:2
Hakimlər: Ramil Namazov, Hidayət Feyzullayev, Ceyhun Hüseynov
Hakim-inspektor: Ramiz Əsədov
Şamaxı – Flaqman 10:5
Hakimlər: Hacıəli Ağayev, Mahir Məmmədov, Rza Məmmədov
Hakim-inspektor: Elçin Səmədli
Baku Fire-3 – Rəvan 5:10
Hakimlər: Əli Cəbrayılov, Ziya Nəsirov, Ceyhun Hüseynov
Hakim-inspektor: Mehman Mahmudov
17 mart
ADBTİA – Araz Naxçıvan 9:8
Hakimlər: Hikmət Qafarlı, Elgün Hüseynov, Kənan Məlikov
Hakim-inspektor: Azad Hüseynov
Neftçi İK – Advokat 9:4
Hakimlər: Xəlil Xəlilov, Nahid Xasıyev, Əli Cəbrayılov
Hakim-inspektor: Mehman Mahmudov
Baku Fire-2 – MUM 3:5
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Kənan Məlikov
Hakim-inspektor: Murad Məmmədov
Beləliklə, Azərbaycan kubokunda 1/4 final görüşləri bu komandalar arasında baş tutacaq:
ADBTİA – Rəvan
MUM – U-19
Baku Fire – Record
Şamaxı – Neftçi İK
Yarımfinala adlayacaq komandalar aşağıdakı formada rəqib olacaqlar:
ADBTİA/Rəvan – Şamaxı/Neftçi İK
MUM/U-19 – Baku Fire/Record


