19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin Avropa çempionatının əsas mərhələsinin qrup oyunları üçün yekun heyəti açıqlanıb. Arena.az xəbər verir ki, heyətə ikisi qapıçı olmaqla ümumilikdə 12 futzalçı cəlb olunub.
Millimizin yer aldığı 5-ci qrupun oyunları martın 21-dən 26-na qədər Bosniya və Herseqovinada təşkil olunacaq. Komanda martın 20-də Bakı-İstanbul-Sarayevo hava reysi ilə Bosniya və Herseqovinaya gedəcək. Sarayevodan isə matçların təşkil olunacağı Siroki Briyeq şəhərinə avtobusla yollanmaq nəzərdə tutulub. U-19-u oyunlara baş məşqçi kimi İlqar Aslanov çıxaracaq. Millinin baş məşqçisi Ağatahir Əzimov səhhətindəki problemlə əlaqədar yığmadan ayrı düşüb.
Sonda Azərbaycan millisinin heyətini və oyunların təqvimini diqqətinizə çatdırırıq:
- Əli Quliyev – ADBTİA
- Sadiq Əlizadə – Baku Fire
- Fərid Abbasov – Baku Fire
- Kənan Rovşani – Baku Fire
- Rüfət Məmmədli – Baku Fire
- Kərim Babayev – Zirə
- Qudrət Qasımzadə – Baku Fire
- Şahbaz Həndəmli – U-19
- Əhməd İsmayılov – U-19
- Sunay Həsənov – U-19
- Elşən Mahmudov – U-19
- İlham Alıyev – U-19
Fransa – Azərbaycan
Hakimlər: Peter Nurse (İngiltərə), Martin Koster (Danimarka), Norbert Szilagyi (Macarıstan)
Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina)
Hakim-inspektor: Antonio Joze Fernandes Kardoso (Portuqaliya)
UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya)
22 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 20:00
Bosniya və Herseqovina – Azərbaycan
Hakimlər: Martin Koster, Nikola Manzione (İtaliya), Peter Nurse
Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina)
Hakim-inspektor: Antonio Joze Fernandes Kardoso (Portuqaliya)
UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya)
23 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 23:00
Azərbaycan – Yunanıstan
Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina)
Hakim-inspektor: Antonio Joze Fernandes Kardoso (Portuqaliya)
UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya)
25 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 20:00


