19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsinin qrup oyunları üçün Mostar şəhərinə yollanıb. Arena.az xəbər verir ki, bu gün Bakı-İstanbul-Sarayevo hava reysi ilə Bosniya və Herseqovinaya gedən komanda artıq mənzil başına çatıb.
Komandamız Mostar şəhərindəki eyniadlı oteldə məskunlaşıb. Yol yorğunluğuna baxmayaraq, yığmamızın üzvləri bu gün matçların keçiriləcəyi Şiroki Briyeq şəhərindəki “Pecara” idman zalında ilk məşqinə də çıxıb. Baş məşqçi əvəzi İlqar Aslanovun rəhbərliyi altında baş tutan məşq 1 saata yaxın davam edib.
Xatırladaq ki, yığmamızın yer aldığı 5-ci qrupun oyunları martın 21-dən 26-na qədər Bosniya və Herseqovinada təşkil olunacaq. Azərbaycan millisi səfərə 12 futzalçı ilə yollanıb. U-19-u oyunlara baş məşqçi əvəzi İlqar Aslanov çıxaracaq. Millinin baş məşqçisi Ağatahir Əzimov səhhətindəki problemlə əlaqədar yığmadan ayrı düşüb.
Sonda Azərbaycan millisinin heyətini və oyunların təqvimini diqqətinizə çatdırırıq:
- Əli Quliyev – ADBTİA
- Sadiq Əlizadə – Baku Fire
- Fərid Abbasov – Baku Fire
- Kənan Rovşani – Baku Fire
- Rüfət Məmmədli – Baku Fire
- Kərim Babayev – Zirə
- Qudrət Qasımzadə – Baku Fire
- Şahbaz Həndəmli – U-19
- Əhməd İsmayılov – U-19
- Sunay Həsənov – U-19
- Elşən Mahmudov – U-19
- İlham Alıyev – U-19
Fransa – Azərbaycan
Hakimlər: Peter Nurse (İngiltərə), Martin Koster (Danimarka), Norbert Szilagyi (Macarıstan)
Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina)
Hakim-inspektor: Antonio Joze Fernandes Kardoso (Portuqaliya)
UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya)
22 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 20:00
Bosniya və Herseqovina – Azərbaycan
Hakimlər: Martin Koster, Nikola Manzione (İtaliya), Peter Nurse
Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina)
Hakim-inspektor: Antonio Joze Fernandes Kardoso (Portuqaliya)
UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya)
23 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 23:00
Azərbaycan – Yunanıstan
Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina)
Hakim-inspektor: Antonio Joze Fernandes Kardoso (Portuqaliya)
UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya)
25 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 20:00


