Azərbaycan kubokunda 1/4 finalın proqramı və təyinatları açıqlandı

Futzal üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin oyunlarının proqramı və hakim təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, bu mərhələnin bütün oyunları aprelin 14-də Bakı İdman Sarayında keçiriləcək.

1/4 final mərhələsinin oyun cədvəlini və təyinatları təqdim edirik:

Azərbaycan kuboku
1/4 final
14 aprel

16:00. Baku Fire – Record
Hakimlər: Knyaz Əmiraslanov, Mahir Məmmədov, Vüsal Balaşov
Hakim-inspektor: Azad Hüseynov

18:00. Şamaxı – Neftçi İK
Hakimlər: Ziya Nəsirov, Ceyhun Hüseynov, Hidayət Feyzullayev
Hakim-inspektor: Azər Əsgərov

20:00. MUM – U-19
Hakimlər: Hikmət Qafarlı, Hacıəli Ağayev, Elgün Hüseynov
Hakim-inspektor: Mehman Mahmudov

22:00. ADBTİA – Rəvan
Hakimlər: Əli Cəbrayılov, Rza Məmmədov, Kənan Məlikov
Hakim-inspektor: Ramiz Əsədov

Xatırladaq ki, Azərbaycan kubokunda 1/4 final mərhələsindən qalib ayrılacaq komandalar yarımfinalda bu formada rəqib olacaqlar:

Yarımfinal cütləri

ADBTİA/Rəvan – Şamaxı/Neftçi İK
MUM/U-19 – Baku Fire/Record

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: